"Komandam yaxşı mübarizə apardı"- Qurban Qurbanov
00:29 - 27 Noyabr 2020 - İDMAN
"Heyətimizdə itkilər olmasına baxmayaraq komandam yaxşı mübarizə apardı".
Ucnoqta.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyədə "Sivasspor"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib:
"Sivasspor"u təbrik edirəm, vacib qələbə qazandılar. Bizim də istəyimiz qələbə qazanmaq idi, amma alınmadı. Rəqib futbolçuların xüsusilə də hücum xəttində ustalıq səviyyəsi yüksək idi, əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bu gün gəncləri qazandıq, onlar üçün böyük təcrübə oldu. Qrupda iki oyunumuz qaldı, bu oyunlara maksimum hazırlaşıb yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq".