Superliqa klubu iki aydan sonra baş məşqçini qovdu

09:45 - 23 Noyabr 2020 - İDMAN

Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" klubu baş məşqçisi Fuat Çapa ilə yollarını ayırıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Klub rəhbərliyi Superliqanın IX turunda səfərdə "Göztepe"yə 1:3 hesabı ilə uduzduqları görüşdən sonra belə bir qərar qəbul edib.

Qeyd edək ki, Fuat Çapa "Ankaragücü"yə bu il sentyabrın əvvəlində baş məşqçi təyin edilmişdi. Komanda hazırda 7 oyundan sonra 2 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.

Xəbər xətti