Türkiyənin İzmir şəhərində kafe sahibinin iş yerində soyulma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, hadisə Konak rayonunda qeydə alınıb.
Kadrlarda, kafe sahibinin stulda oturaqlı vəziyyətdə yatdığı və bu zaman içəri bir şəxsin daxil olaraq astaca onun mobil telefonunu götürərək aradan çıxdığı görülür.
Kafe sahibi daha sonra telefonunun itiyini anlayaraq təhlükəsizlik kamerasını izləyib və qarət olunduğunu görüb. Ardınca görüntüləri polisə apararaq şikayətçi olub.
Namiq Musayev