“Neftçi”nin idman direktoru Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədov Premyer Liqanın son oyunundan sonra istefa veriblər.
Sultanov və Məmmədov bununla bağlı “Neftçi” PFK-nın rəhbərliyinə müraciət ediblər.
Onların istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.
Qeyd edək ki, “Neftçi” Premyer Liqanın sonuncu turunda əzəli rəqibi “Qarabağ”a öz meydanında 0:6 hesabı ilə darmadağın olub.///oxu.az