Avropa Liqasının qrup mərhələsinin I turunun təyinatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan iki təmsilçisi UEFA nümayəndəsi kimi qarşılaşmalara təyinat alıb.
“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə C qrupunun İsraildəki “Hapoel” (Beer Şeva, İsrail) – “Slaviya” (Çexiya) matçında iş başında olacaq. AFFA rəsmisi Zaur Hacı-Məhərrəmov L qrupunun Çexiyada baş tutacaq “Slovan” (Çexiya) – “Gent” (Belçika) görüşünə təyin olunub.
Qeyd edək ki, I turun qarşılaşmaları oktyabrın 22-də keçiriləcək.