"Barselona"nın futbolçuları maaşlarının azaldılmasından imtina etdi

12:54 - 17 Oktyabr 2020 - İDMAN

İspaniya "Barselona"sının prezidenti Xosep Mariya Bartomeu növbəti dəfə futbolçulara və işlçilərə müraciət edib.


"Report" "Marca"ya istinadən xəbər verir ki, 57 yaşlı funksioner komanda üzvlərini maaşların 30 faiz azaldılması təklifi ilə razılaşmağa çağırıb. Lakin bu dəfə imtina cavabı alıb.

Məsələ ilə bağlı danışıqların oktyabrın 22-dək aparılacağı, hətta müddətin 5 noyabradək uzadıla biləcəyi qeyd olunub.

Rəhbərlik futbolçularla razılığın əldə olunacağına ümid edir. Bu, baş verməsə, klub məvacibləri birtərəfli şəkildə azaldacaq.

Qeyd edək ki, "Barselona" koronavirus pandemiyası səbəbindən 97 milyon avro itirib.

Xəbər xətti