Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Yığmamız Millətlər Liqasının IV turunda Kiprlə üz-üzə gəlib.
Canni de Byazinin yetirmələri II dövrənin ilk matçını Albaniyada keçirib. Yığmamızın ev oyunu Elbasanda baş tutub.
Qrupda buna qədər yeganə qələbəsini Kipr üzərində səfərdə əldə edən (1:0) komandamız oyunboyu böyük üstünlüyə malik olub. Saysız-hesabsız qol şanslarını əldən verən futbolçularımız qolsuz bərabərliklə kifayətlənməli olub. Bununla Kipr qrupda ilk xalını əldə edib.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu noyabrın 14-də Monteneqroya qarşı keçirəcək.
Millətlər Liqası
C liqası, IV tur
13 oktyabr
20:00. Azərbaycan – Kipr - 0:0
Baş hakim: Fran Yoviç (Xorvatiya)