İspaniyanın "Barselona" klubunun futbolçusu Nelson Semedunun İngiltərə "Vulverhempton"una keçidi rəsmiləşib.
"Report" "canavarlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 3+2 illik müqavilə imzalanıb. Kataloniya klubu qarşı tərəfin portuqaliyalı futbolçu üçün 30 milyon avro ödədiyini açıqlayıb.
Qeyd edək ki, Nelson Semedu "Barselona"da 2017-ci ildən oynayıb.