"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyuna çıxıb.
Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşır. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq və ən azı Avropa Liqasının qrupuna vəsiqəni təmin edəcək. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.
Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə hissələr oynanılıb. Lakin bu müddətdə də qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyası keçirilib. "Molde" penaltiləri daha dəqiq yerinə yetirərək növbəti mərhələyə yüksəlib.
16 sentyabr
21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 (5:6)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
"AEK Arena"