"Qalatasaray" klubu Bakıya səfəri öncəsi cərimələndi

09:49 - 16 Sentyabr 2020 - İDMAN

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray" klubunu 24 min TL (5 450 manat) məbləğində cəzalandırıb. 


"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna İstanbul təmsilçisinin hazırlıq oyunlarında lisenziyasız futbolçu oynatması səbəb olub. Bu hal iki dəfə baş verib. İlk pozuntudan sonra TFF "sarı-qırmızılar"a xəbərdarlıqla kifayətlənibsə, ikincidə cərimələməyi məqsədəuyğun sayıb. 

Qeyd edək ki, "Qalatasaray" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. İstanbul klubu Bakıya bu gün gələcək. 

Xəbər xətti