"Bavariya" azarkeşlərini öz hesabına koronavirus testindən keçirəcək

19:32 - 14 Sentyabr 2020 - İDMAN

Almaniya "Bavariya"sı UEFA Super Kubokunda İspaniya "Sevilya"sı ilə oyun öncəsi azarkeşlərini sevindirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi matçı izləyəcək tərəfdarları öz hesabına koronavirus testindən keçirəcək.

Koronavirus pandemiyası dövründə ilk dəfə avrokubok qarşılaşmasında fanatların stadiona girişinə icazə veriləcək. Sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq görüşdə "Bavariya"nı 3 min azarkeş dəstəkləyəcək. Yalnız analiz nəticəsi mənfi çıxan şəxslər oyunu tribunadan izləyə biləcəklər.

Qeyd edək ki, 2019/2020 mövsümündə "Bavariya" Çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının qalibi olub.

Xəbər xətti