Araz Abdullayev özünə yeni komanda tapıb

18:35 - 14 Sentyabr 2020 - İDMAN

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev özünə yeni komanda tapıb.

"Report" "Ajanspor"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

İddiaya görə, oyunçu I liqada çıxış edən "Boluspor"la anlaşıb. O, aşağı dəstə təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Araz Abdullayevin son klubu "Qarabağ" olub. Futbolçu 2019/2020 mövsümünün sonunda Ağdam təmsilçisindən ayrılıb.

Xəbər xətti