"Neftçi"yə "Qalatasaray"la matçda uğurlar arzulayıram. İstərdim ki, növbəti mərhələyə vəsiqə qazansınlar. Biz Avropa Liqasında mübarizəni dayandırdıq, fasilə komandaya yaradı. Rəqibin son iki matçını analiz etmişdik, boşluqlardan istifadə edə bildik. Azarkeşləri təbrik edirəm".
Bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın II turunda "Neftçi"ni səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, zədələnən Mehdi Cənnətovun durumuna sabah aydınlıq gələcək: "Ehtiyat qapıçı Aydın Bayramova çox şans vermək istəyirik, bu gün sübüt etdi ki, ölkədə gənc qapıçı yetişir".
Abbasov Rəhim Sadıxovu ehtiyatla saxlamağının səbəbini açıqlamayıb: "Biz Rəhimi buraya gətirəndə ona inanmışdıq. Əgər hansısa, baş məşqçi qıraqda yazılanlara fikir versə, bu, onun zəifliyidir. Rəhim Sadıxovun yerində oynayanlar da çox yaxşı idi. Məni sevindirir ki, komandamda rəqabət var".
Baş məşqçi rəqib haqqında çox danışmaq istəməyib: "İnanıram ki, "Neftçi"nin "Qalatasaray"la oyunu tamam fərqli olacaq. Bəlkə də İstanbul klubunu fikirləşmələri onlara mane oldu. İnanıram ki, Türkiyə təmsilçisinə qarşı daha yaxşı oynayacaqlar"./report