PFL prezidenti seçkisinin vaxtı açıqlandı

17:34 - 11 Sentyabr 2020 - İDMAN

Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib.


"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 14-də AFFA-nın inzibati binasında gerçəkləşəcək seçki saat 12:00-da başlanacaq.

Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti R.Musayev vahid namizəddir.

Xəbər xətti