"Neftçi"nin yeni transferi sabiq klubunu FIFA-ya şikayət edib

17:27 - 9 Sentyabr 2020 - İDMAN

"Neftçi"nin heyətinə qatdığı Prins İbara Əlcəzairin USM "Aljir" klubunu FIFA-ya şikayət edib. 

24 yaşlı konqolu hücumçu 2018-ci ildə bu klubdan Belçika "Berşot"una keçib.

İbara məvaciblərini ala bilmədiyi üçün FIFA-ya müraciət ünvanlayıb və ali futbol qurumu ilin əvvəlində İbaraya 200 min avro ödənilməsi ilə bağlı qərar çıxarıb.
Təşkilatın təyin etdiyi tarixdə ödəniş olmadığı üçün USM "Aljir"ə 3 transfer dönəmini əhatə edən qadağa qoyulub.

Qeyd edək ki, Prins İbara "Neftçi" ilə bir illik müqavilə imzalayacaq. ///report

Xəbər xətti