"Qalatasaray"da "Neftçi" ilə oyundan öncə ciddi itki

16:03 - 8 Sentyabr 2020 - İDMAN

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin "Qalatasaray" klubu itki ilə üzləşib. 


"Report" "Milliyet"ə istinadən xəbər verir ki, Mbaye Dianye zədələnib. 29 yaşlı senaqallı hücumçu qasıq nahiyyəsindən xəsarət alıb. 

Forvard məşqdə ağrı hiss edib və hazırlıq prosesini yarımçıq tərk etməli olub. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil. 

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Xəbər xətti