Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununa çıxır

08:46 - 8 Sentyabr 2020 - İDMAN

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq. 

Canni De Byazinin baş məşqçisi olduğu komanda Nikosiyada Kipr millisi ilə üz-üzə gələcək. Qarşılaşmanı slovakiyalı Filip Qlovanın başçılıq etdiyi hakim briqadası idarə edəcək.

C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzub.

Lüksemburqla matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq, Kiprdə isə Nikolas İoannu şəxsi istəyi ilə heyətdən çıxarılıb.

UEFA Millətlər Liqası
C liqası, I qrup

8 sentyabr

22:45. Kipr - Azərbaycan

Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka

Nikosiya. GSP stadionu

Qeyd edək ki, qrupun digər görüşündə Monteneqro Lüksemburqun qonağı olacaq.///report

Xəbər xətti