Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç ABŞ-ın Açıq çempionatınıda (US Open) diskvalifikasiya edilib.
"Report"un məlumatına görə, buna 33 yaşlı idmançının xətt hakimini topla vurması səbəb olub.
Hadisə serbiyalı tennisçinin 1/8 finalda ispaniyalı Pablo Karrenyo-Busta ilə görüşündə baş verib. Həmin vaxt Cokoviç birinci setdə 5:6 hesabı ilə geridə olub. Məşhur tennisçi raketkası ilə topu meydanın kənarına sərt şəkildə vurub və top hakimə dəyib.
Turnir təşkilatçılarının insidentlə əlaqədar yaydığı açıqlamada bildirilir ki, Cokoviç US Opendə azandığı bütün reyqinq xallarını itirəcək və cəzalan əlavə pul mükafatından cərimə ödəyəcək.
Qeyd edək ki, Novak Cokoviç XXI əsrdə kişilərin fərdi yarışında Böyük Dəbilqə turnirində diskvalifikasiya edilən ilk tennisçi kimi tarixə düşüb. Əvvəlki cəza 2020-ci il "Roland Garros" turnirində baş verib. Həmin vaxt avstriyalı Ştefan Koubekin atdığı raketka topdaşıyana dəydiyi üçün diskvalifikasiyaya məruz qalıb.