Mahir Emreli Azərbaycan millisinin tarixində antirekorda imza atdı

22:17 - 5 Sentyabr 2020 - İDMAN

Mahir Emreli Azərbaycan millisinin tarixində antirekorda imza atıb.

23 yaşlı hücumçu yığmanın tarixində ən erkən qırmızı vərəqənin müəllifi olub.

O, Millətlər Liqasının I turunun Lüksemburqla ev oyununun 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub.

Mahir əvvəlki antirekordu 1 dəqiqə yeniləyib. Ondan öncə ən erkən qırmızı vərəqəni iki futbolçu alıb. Aslan Kərimov Portuqaliya ilə 2007-ci, Saşa Yunisoğlu Avstriya ilə 2011-ci ildəki görüşlərin 27-ci dəqiqəsində meydandan kənarlaşdırılıb.

Düzdür, iki futbolçumuz meydanda daha az olub qırmızı vərəqə alıb. Lakin Rasim Abışov və Branimir Subaşiç komanda yoldaşlarını əvəzləyəndən az sonra qırmızı vərəqə görüb.///Apasport.az

Xəbər xətti