Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun Millətlər Liqasının 1-ci turunda bu gün keçiriləcək Xorvatiya ilə görüşü buraxacağı dəqiqləşib.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Fernandu Santuş məlumat verib. Portuqaliyalı mütəxəssis bildirib ki, 35 yaşlı hücumçunu arı sancdığı üçün onun sağ ayaq barmağına infeksiya keçib: "Ronaldo yaxşı məşq etdi, amma çərşənbə günü onu arı sancdığı üçün barmağının biri qızardı. İndi gözləməliyik. İnfeksiyadan müalicə üçün nə qədər vaxt lazım olduğunu bilmək olmur".
Qeyd edək ki, Portuqaliya - Xorvatiya görüşü saat 22:45-də başlayacaq.