Dünya çempionu koronavirusa yoluxdu

11:24 - 4 Sentyabr 2020 - İDMAN

Futbol üzrə Fransa yığmasının və "Marsel" klubunun qapıçısı Stiv Mandandada koronavirus aşkarlanıb. 


"Ucnoqta.az" Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı qolkiperin COVID-19 testi müsbət nəticələnib. 

Mandanda bu gün yığmanın toplanışını tərk edəcək. O, Millət Liqasında sentyabrın 5-də səfərdə İsveç, 3 gün sonra isə evdə Xorvatiya ilə matçı buraxacaq. 

Qeyd edək ki, Stiv Mandanda Fransa millisi ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xəbər xətti