MMA döyüşçüsü koronavirusa yoluxdu, görüş təxirə salındı

13:09 - 3 Sentyabr 2020 - İDMAN

Braziliyalı MMA döyüşçüsü Qlover Teyşeyrada koronavirus aşkarlanıb. 


"Ucnoqta.az" "MMA Fighting"ə istinadən xəbər verir ki, 40 yaşlı idmançının Tyaqo Santos ilə 12 sentyabra planlaşdırılan görüşü qeyri-müəyyən müddətə təxirə salınıb. 

Qeyd edək ki, Qlover Teyşeyra karyerası ərzində 31 qələbə qazanıb və 7 dəfə məğlub olub. 36 yaşlı Santosun isə 21 qələbəsi və 7 məğlubiyyəti var. 

Xəbər xətti