UEFA-dan Rəhim Həsənova təyinat

11:40 - 2 Sentyabr 2020 - İDMAN

Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan təyinat alıb.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan - Monteneqro görüşünün baş hakimi olacaq.

FİFA referisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən matç sabah keçiriləcək.

 

Xəbər xətti