İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola Lionel Messiyə “Barselona”da qalmağı tövsiyə edib.
Bu barədə “Mundo Deportivo” xəbər yayıb.
Mənbə yazır ki, X.Qvardiola ilə L.Messi arasında telefon danışığı olub.
Futbol mütəxəssisi qeyd edib ki, transferin iqtisadi çətinliklərini nəzərə alaraq, Messinin ata biləcəyi ən doğru addım Kataloniya klubunun heyətində oynamağa davam etmək və karyerasını “Camp Nou”da bitirməkdir.
Bundan əlavə, “Mançester Siti” qarşısında L.Messini transfer etmək üçün əlavə pul ödəmək şərti qoyulsa, klub ulduz futbolçunu almaqdan imtina edəcək.
Xəbəri yayan mənbə iddia edir ki, L.Messinin maaşını ödəmək də “şəhərlilər” üçün ciddi maddi yüklənmə ola bilər.///oxu.az