"Qarabağ" - "Mölde" oyunu neytral meydanda keçirilə bilər

15:19 - 31 Avqust 2020 - İDMAN

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Mölde" oyunu Bakıda keçirilməyə bilər.


"Smp.no" saytı qarşılaşmanın neytral meydanda təşkil olunmasının mümkünlüyünü iddia edib. Buna səbəb odur ki, Norveç klubu Azərbaycan səfərindən sonra 10 günlük karantində olmalıdır. Yerli hökumətin bu məsələdə komandaya istisna tətbiq etməsi ehtimalı aşağı olduğundan, matç fərqli məkanda oynanıla bilər.

Qeyd edək ki, "Qarabağ" - "Mölde" oyunu sentyabrın 15-16-da keçiriləcək.

Xəbər xətti