"Qarabağ" klubu yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.
Ucnoqta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda uzun müddət davam edən danışıqların nəticəsində Bolqarıstanın "Çeno More" klubunda forma geyinən Patrik Andradeni heyətinə qatıb. Kabo-verdili yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.
27 yaşlı futbolçu Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb.
Qeyd edək ki, "Qarabağ" yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina və Uroş Matiçi də heyətinə cəlb edib.