Cüdo yarışları dünyada bərpa olunur.
Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, oktyabrın sonlarında Macarıstan Budapeştdə Böyük Dəbilqə (Grand Slam) turnirini keçirməyə hazır olduğunu bildirib. Həmin turnir təqvimə salınacaq.
Bundan başqa, Yaponiyanın paytaxtı Tokioda Böyük Dəbilqə (11-13 dekabr) və 2021-ci ilin əvvəlində Qətərin mərkəzi şəhəri Dohada Masters turniri keçiriləcək.
Hər üç yarış Tokio Olimpiadasına lisenziya xalları qazandıracaq.
Qeyd edək ki, cüdoda apreldən etibarən yarışlar ləğv olunub. Təqvimdə ilk yarış Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa Kubokudur. Lakin 12-13 sentyabrda baş tutacaq turnirin pandemiyaya görə ləğv olunacağı gözlənilir.
///oxu.az