Çempionlar Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşdi

18:14 - 27 Avqust 2020 - İDMAN

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün ən yaxşı qolu ilə bağlı azarkeşlər arasında keçirilən səsvermənin nəticələri açıqlanıb.

İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu bu nominasiya üzrə qalib olub.
Sorğuda iştirak edənlərin 400 000-dən çoxu portuqaliyalı forvardın 1/4 final mərhələsinin cavab oyununda (2:1) Frana "Lion"unun qapısından keçirdiyi qolu mükafata layiq görüb.

İkinci sırada Almaniya "Leyptsiq"inin yarımmüdafiəçisi Marsel Zabitserin Rusiya "Zenit"inə (2:1) vurduğu qol yer alıb.
Ronaldunun komanda yoldaşı Xuan Kuadradonun İspaniya "Atletiko"su ilə matçdakı (2:2) qolu isə 3-cü olub.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının qalibi finalda Fransa PSJ-sini 1:0 hesabı ilə məğlub edən Almaniyanın "Bavariya" klubu olub.///report

Xəbər xətti