İspaniya mətbuatı "Barselona"nın yeni baş məşqçisi Ronald Kumanın komandadan uzaqlaşdırmaq istədiyi oyunçuların kimlər olduğunu açıqlayıb.
Arturo Vidal, İvan Rakitiç, Samuel Umtiti və Luis Suarez yeni baş məşqçinin planlarına daxil deyil. Hər üç oyunçunun yaşı 30-u keçib və bəzi mənbələrdə Umtitinin hələ də DÇ-2018-də aldığı zədələrlə mübarizə apardığı bildirilir.
"Barselona"nın "Bavariya"ya sarsıdıcı şəkildə məğlub olması Vidal və Suarezin klubdakı gələcəyinə təsir edir. Bundan əlavə, Rakitiç komandada əsasən əvəzedici oyunçu kimi çıxış edərkən, Umtiti zədələrinə görə çox oynaya bilməmişdi.
Yeni baş məşqçi Kuman gələn mövsümdə bu oyunçulara çox güvənmədiyi üçün onları komandadan uzaqlaşdıra bilər. ///Offsideplus.az