"Messinin formasını istədim ..."- "Bavariya"lı futbolçu

13:06 - 20 Avqust 2020 - İDMAN

“Bavariya”nın yarımmüdafiəçisi Alfonso Deyvis bildirib ki, Çempionlar Liqasının 1/4 finalında “Barselona” üzərində qələbədən sonra rəqib komandanın kapitanı Lionel Messidən formasını istəsə də, argentinalı buna əhəmiyyət verməyib.

Kanadalı futbolçunun sözlərini “BT Sport” agentliyi dərc edib.
“Oyun bitəndən sonra Messinin yanına getdim və formasını istədim. Deyəsən, bir az məyus idi. Ümid edirəm ki, növbəti dəfə onun formasını ala biləcəyəm”, deyə futbolçu qeyd edib.

Qeyd edək ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qəbul etdiyi qərara görə, koronavirus infeksiyası ilə əlaqədar futbolçuların formalarını dəyişdirməsinə icazə verilmir.

Protokola əsasən, sözügedən qaydalara riayət etməyən futbolçu 12 gün karantində qalmalıdır.///oxu.az

Xəbər xətti