PSJ 16 ildən sonra UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanan ilk Fransa təmsilçisi olub.
Paris klubu buna yarımfinalda Almaniyanın "Leyptsiq" komandasını 3:0 hesabı ilə məğlub etdiyi matçda yiyələnib.
Sonuncu dəfə Fransa çempionatında çıxış edən "Monako" bu uğuru qazanıb. Komanda 2003/2004 mövsümünün finalında Portuqaliya "Portu"suna 0:3 hesabı ilə uduzub.
Fransa klublarından yalnız "Marsel" 1992/1993 mövsümündə Çempionlar Liqasının qalibi olub. Komanda həlledici görüşdə İtaliya "Milan"ını 1:0 hesabı ilə üstələyib. Bunadək avrokubokların finalında iştirak edən sonuncu Fransa təmsilçisi də məhz "Marsel" idi. Klub 2018-ci ildə Avropa Liqasının finalında İspaniya "Atletiko"su ilə dueldən məğlub ayrılıb - 0:3.
Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.///report