Şimali Makedoniyanın "Sileks" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərəhləsində "Qarabağ"la matç üçün Azərbaycana yollanıb.
"Report" "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, Kratovo təmsilçisi çarter reysi ilə Bakıya səfər edir. Bakıya yollanan heyət açıqlanmayıb və komandada itkinin olmadığı vurğulanıb.
Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq.