“Kabus oyun, dəhşətli hisslər və utanc- bu matç üçün doğru sözlər bunlar olar. Biabırçı məğlubiyyətdir. Biz belə rəqabət apara, avrokubok oyunlarında bu cür çıxış edə bilmərik. Bu, birinci, ikinci və ya üçüncü dəfə deyil”.
Bu sözləri “Barselona”nın müdafiəçisi Jerar Pike Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 2:8 hesabı ilə uduzaraq turnirlə vidalaşdıqları matçdan sonra klubun saytına açıqlamasında deyib. O, komandada ciddi dəyişikliklər edilməli olduğunu düşünür:
“Bizim üçün çox çətindir. Ümid edirəm ki, bu qarşılaşmadan sonra faydalı bir dərs götürərərik. Dəyişikliklər lazımdır. Mən indi oyunçular və ya məşqçilər haqda danışmıram. Kiməsə işarə etmək istəmirəm. Amma hər bir yerdə struktur dəyişiklikləri lazımdır. Çünki bu, ilk dəfə deyil. Əvəzedilməz kimsə yoxdur. Komandaya yeni nəfəs və dinamika lazımdırsa, ayrılmağa hazıram. Belə vəziyyətdə getmək üçün ən çox hazır olan mənəm. Çünki biz hər şeyin sonuna çatdıq. Komandada hamı diqqətli olmalıdır. Reaksiya verikməli və klub üçün ən doğru qərarı müəyyənləşdirməlidir. İndi əsas olan budur”.///qol.az