"Leypsiq" yarımfinala yüksəldi
08:19 - 14 Avqust 2020 - İDMAN
Almaniyanın "Leypsiq" klubu Çempionlar Liqasının dörddəbir final matçında İspaniyanın "Atletiko" komandasını 2:1 hesabı ilə məğlub edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə,
Qalib tərəfdən qolları Dani Olmo (51-ci dəqiqə) və Tayler Adams (88), "Atletiko"dan isə Joau Felish (70, penalti) vurublar.
"Leypsiq" Münhenin "Bavariya" və Dortmundun "Borussia"sından başqa 2011-ci ildən Çempionlar Liqasının yarımfinalına çıxan ilk alman komandasıdır.
Turnirin yarımfinalında "Leypsiq" İtaliyanın "Atalanta" komandasını 2:1 hesabı ilə məğlub edən Fransanın "Pari Sen Jermen"i ilə oynayacaq. Digər dörddəbir finallarda daha sonra Almaniyanın "Bavariya" və İspaniyanın "Barselona", eləcə də İngiltərənin "Mançester Siti" və Fransanın "Lion" klubları görüşəcəklər.