Çempionlar Liqasının 1/8 final mərhələsinin "Napoli" (İtaliya) ilə cavab oyununda (3:1) zədələnən İspaniya "Barselona"sının kapitanı Lionel Messinin durumuna aydınlıq gəlib.
"Report"un "Sport.es" nəşrinə istinadən məlumatına görə, argentinalı futbolçu komandasının bugünkü məşqinə ayağı sarğılı çıxıb.
Buna baxmayaraq, 33 yaşlı forvardın ÇL-in 1/4 final mərhələsində Almaniya "Bavariya"sına qarşı oynayacağı dəqiqləşib.
Qeyd edək ki, "Barselona" - "Bavariya" matçı avqustun 14-də Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.