Ronaldo “Yuventus”un tarixinə düşdü

18:30 - 8 Avqust 2020 - İDMAN

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşan “Yuventus” bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.

“Qoca sinyora”nın iki qolunun da müəllifi olan hücumçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Belə ki, portuqaliyalı futbolçu, mövsüm ərzində vurduğu qolların sayını 37-yə çatdırıb. Bununla da, o, komandanın heyətində bir mövsümdə ən çox qol vuran futbolçu olub.

Bundan əvvəlki ən yaxşı göstərici 94 il əvvəl qeydə alınıb. 1925/26-cı il mövsümündə “Yuventus”un heyətində Ferens Xirzer 35 qol vurub.
“Yuventus”un Fransa klubu üzərindəki qələbəsinə baxmayaraq, ümumi hesab bərabər olduğundan, Lion “Olimpik”i səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.///qol.az

Xəbər xətti