"Qarabağ"ın sabiq albaniyalı futbolçusu: "Bir gün onlar evlərinə qayıdacaqlar"

12:27 - 21 İyul 2020 - İDMAN

"Bir çox insan həyatını vətən üçün qurban verir. Bu səbəbdən, onlar yaddaşlarda əbədi qalırlar".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ" klubunun sabiq futbolçusu Ansi Aqolli son günlər Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələr barədə danışarkən deyib.

38 yaşlı albaniyalı müdafiəçi həyatları itirən əsgərlərin ailələrinə başsağlığı verib. Təcrübəli futbolçu Qarabağ haqqında da danışıb: "Qarabağ" Azərbaycan torpağıdır. Nə olursa-olsun, həmişə belə olacaq. Mən Azərbaycan xalqına, xüsusən, ağdamlılara əmin-amanlıq və sülh arzulayıram. Bir gün onlar evlərinə qayıdacaqlar və o gün tezliklə gələcək".

Qeyd edək ki, Ansi Aqolli Albaniya millisində oynadığı vaxt 2015-ci ildə AVRO-2016-nın seçmə mərhələsində Yerevanda Ermənistana 3:0 hesabı ilə qalib gəldikləri matçdan öncə bütün Azərbaycan xalqına salam göndərib.

2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.

Xəbər xətti