"Qarabağ"ın yeni transferi Kevin Medina Bakıya gəlib.
Bu barədə "Report"a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. 48 yaşlı mütəxəssisin sözlərinə görə, kolumbiyalı müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. O, 27 yaşlı oyunçunun bu gün Qəbələdə olacağını bildirib. Qurbanov Kipr APOEL-inin yarımmüdafiəçisi Uroş Matiçlə isə danışıqların davam etdiyini söyləyib: "Hər şey müsbətə doğru gedir. Transferin alınma ehtimalı daha çoxdur". Baş məşqçi serbiyalı futbolçunun Bakıya gələ bilməsi üçün Operativ Qərargah və Xarici İşlər Nazirliyinə müraciət edəcəklərini vurğulayıb: "Qarşıdan avrokubok oyunları gəlir. Həmin qurumlar bu işin içindədirlər. İnanıram ki, köməklərini əsirgəməyəcəklər". Qeyd edək ki, Kevin Medinanın son klubu Portuqaliya "Şaveş"i olub. Uroş Matiç isə APOEL-dən əvvəl "Koşitse" (Slovakiya), "Benfika II" (Portuqaliya), NAK (Niderland), "Şturm" (Avstriya), "Kopenhagen" (Danimarka), və "Austriya" (Avstriya) komandalarında çıxış edib.