Azərbaycan millisinin sabiq üzvü Almaniya klubuna keçdi

09:12 - 16 İyul 2020 - İDMAN

Azərbaycan millisinin sabiq futbolçusu Toğrul Eratın yeni klubu bəlli olub. 

"Report" "Media-sportservice" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Almaniyanın Regional Liqasında çıxış edən "Rot-Vayss" komandası ilə anlaşıb.
Klubun idman direktoru Patrik Bauder oyunçunun keçidi barədə danışıb. O, Toğrul Eratın təcrübəsi sayəsində gənclərə yol göstərəcəyini və aparıcı futbolçulardan biri olacağını söyləyib.

Qeyd edək ki, Toğrul Erat Azərbaycan millisinin heyətində 4 oyunda meydanda olub. O, son olaraq Türkiyənin "Bayrampaşa" klubunun formasını geyinib. 

Xəbər xətti