"Milan" "Yuventus"u darmadağın etdi

08:30 - 8 İyul 2020 - İDMAN

Futbol üzrə İtaliya çempionatının 31-ci turunda "Milan" futbolçuları öz meydançalarında "Yuventus"u məğlub edib.

Oyun 4:2 hesabı ilə başa çatıb.
Oyunun 62-ci dəqiqəsinə qədər "Yuventus" 2:0 hesabı ilə (Adrien Rabyo- 47 və Kriştianu Ronaldo-53) irəlidə olsa da "Milan"ın oyunçuları 4 qol vuraraq qələbə qazana biliblər: Zlatan İbrahimoviş (62-ci dəqiqə, penalti), Frank Kessye (66), Rafael Leau (67) və Ante Rebiç (80).

Hazırda "Milan" 49 xalla 5-ci, "Yuventus" isə 75 xalla birinci yerdədirlər.

Xəbər xətti