Bakı Metropoliteni gücləndirilmiş rejimə keçəcək

15:15 - 23 Fevral 2017 - Xəbər

Fevralın 26-da Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Ucnoqta.az-a açıqlamasında bildirib ki, gücləndirilmiş iş rejiminə keçidin səbəbi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədardır. N.Paşayev əlavə edib: "Metronun "Xətai" stansiyası Xocalı abidəsinə yaxın yer olduğu üçün həmin gün ora daha çox sərnişinin gəlməsi gözlənilir. Ona görə də əsasən həmin stansiya gücləndirilmiş iş rejimində işləyəcək". 

Xəbər xətti