Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. "Report"un xəbərinə görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsinin (PB) rəis müavini polis kapitanı Kənan Abışov vəzifəsindən azad olunaraq Qaradağ RPİ 10-cu PB-nin rəis müavini təyin edilib.
Daxili işlər nazirinin müvafiq əmri ilə K.Abışova polis mayoru rütbəsi verilib.