Gəncədə çörək bişirmə sexində yanğın olub

10:08 - 19 Fevral 2017 - Xəbər

Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 500 m2 olan çörək bişirmə sexinin anbarında, çardağın yanar konstruksiyaları 90 m2 sahədə yanıb.APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, çörək bişirmə sexinin qalan hissəsi və ona bitişik tikililər yanğından mühafizə olunub.Yanğın saat 07:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Xəbər xətti