Prezident İlham Əliyev Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb

14:57 - 18 Fevral 2017 - Xəbər

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşüb.
 Mauro Moretti Azərbaycanda olduğunu, Bakının gözəlliyinə heyran qaldığını bildirib. Ölkəmizdə gedən inkişaf proseslərini və qazanılan nailiyyətləri yaxından izlədiyini deyən baş icraçı direktor şirkətin Azərbaycanda müxtəlif strukturlarla, o cümlədən SOCAR ilə əlaqələrindən danışdı, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib.
Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. 

Xəbər xətti