Ermənistan ordusunun 1 əsgəri ölüb, 2-si yaralanıb

15:58 - 16 Fevral 2017 - Xəbər

Buldozerin dərəyə aşması nəticəsində Ermənistan ordusunun bir əsgəri ölüb, 2 hərbçi xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə “news.am” saytı İstintaq Komitəsinə istinadən məlumat yayıb. 
Fevralın 15-də saat 15:00 radələrində qar təmizləyən, içərisində hərbçilərin olduğu buldozer dərəyə aşıb. Nəticədə Qaregin Minasyan, Armen Puyan və Vruyr Nersisyan adlı əsgərlər xəsarət alıb. Xəstəxanaya çatdırılarkən Q. Minasyan ölüb. 

Xəbər xətti