Slovakiya polisi respublikanın şərqindəki Trebişov şəhərində 4 nəfərə qarşı gənc qadınların ölkədən Britaniyaya daşınmasının təşkili ilə bağlı ittiham irəli sürüb. "Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib. Respublika polisinin rəyasət heyətinin nümayəndəsi Denis Baloqov jurnalistlərə bildirib ki, onlar qadınları Pakistan vətəndaşları ilə fahişəliyə və izdivaca məcbur ediblər. "Polisdə saxlanılanların ən azı 12 qadını aldadaraq Trebişov ərazisindən Şotlandiya və İngiltərəyə yollamaları barədə sübutlar var. Dəstə üzvləri orada qadınları ilk öncə Pakistan vətəndaşlarına cinsi xidmətlərin göstərilməsinə məcbur ediblər. Həmçinin onları pakistanlılara gəlin kimi satıblar" – deyə polis rəsmisi bildirib.