Rusiya qırıcıları Qara dənizdə ABŞ esminesi üzərindən təhlükəli uçuşlar ediblər

10:52 - 15 Fevral 2017 - Xəbər

Fevralın 10-da Rusiyaya məxsus bir neçə hərbi təyyarə Qara dənizdə Amerikanın "Porter" raket esminesinə təhlükəli dərəcədə yaxınlaşıblar. Amerika tərəfi bu manevrləri təhlükəli və qeyri-peşəkar qiymətləndirib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Denni Ernandesə istinadən "Reuters" məlumat yayıb.

Ernandes bildirib ki, Rusiya qırıcıları və esmineslə bağlı üç ayrı insident qeydə alınıb. Birinci halda Rusiyanın iki "Su-24" qırıcısı, ikincidə bir "Su-24" qırıcısı, üçüncü dəfə isə bir "İl-38" təyyarəsi iştirak edib.

"USS Porter" həmin hava gəmiləri ilə əlaqə qurmağa çalışıb və heç bir cavab almayıb", — deyə Ernandes söyləyib.

Xəbər xətti