Moldova Prezidenti İqor Dodon Kişinyovda akkreditə olunan MDB dövlətlərinin səfirləri ilə görüşüb. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə görüşdə ikitərəfli əlaqələrin inkişafı, Moldovaya xarici investisiyaların cəlb edilməsi, həmçinin ölkə prezidentinin Moskva və Brüsselə səfərlərinin nəticələri barədə fikir mübadiləsi aparılıb. Prezident İqor Dodon həmçinin ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığa dair atılan addımlar barədə səfirləri məlumatlandırıb. Görüşdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.