Samuxda qanunsuz ov edən iki nəfər saxlanılıb

11:53 - 14 Fevral 2017 - Xəbər

Samux rayonunda qanunsuz ov edən iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, fevralın 13-də Samux rayonunun Hacallı kəndində qanunsuz ov etdikləri üçün Gəncə şəhər sakinləri Mais Vəliyev və Bəxtiyar Qurbanov saxlanılıblar.
M.Vəliyevin idarə etdiyi "Lada" markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi və 48 ədəd patron aşkar edilərək götürülüb.

Xəbər xətti