Qurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistan prezidenti seçilib

11:33 - 13 Fevral 2017 - Xəbər

Qurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistan prezidenti seçilib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Türkmənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. İnformasiyaya əsasən, seçkidə iştirak edən seçicilərin  97,69 faizi ona səs verib. Qeyd edək ki, prezident postu uğrunda 9 namizəd mübarizə aparıb.

Xəbər xətti